EN

Qurban Qurbanov daha bir gözlənilməz QƏRAR VERDİ

“Rəqib ilk oyunda inanılmaz dərəcə hazırlıqlı idi”.

NOCOMMENT.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, “Nyukasl Yunayted”in əvvəlki oyunla bağlı planları uğurlu alındı:

“Birinci hissədə ard-arda buraxdığımız qollarla “nokaut”a düşdük. Əgər oyuna iki gün əvvəldən getsəydik, bizim hazırlıq planımız pozulacaqdı. Ona görə də məşqi Bakıda keçmək qərarı aldıq. Futbolçuları bir az psixoloji təsirdən uzaqlaşdırmaq üçün belə addım atdıq”.

“Biz uzaq səfərə gedəcəyimizi düşünüb “Neftçi” ilə oyunun təxirə salınmasını istədik. Bir daha “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Bu, qrafikimizə görə atılan addım idi. Rəqibimiz, səviyyəsi bəlli idi. Biz bu oyuna hazırlaşmaq üçün, səfəri düşünərək belə seçim etdik. Məncə, bizi başa düşmək lazımdır. Hazırda bizim hazırlığımız onlarla bir tutulası deyil. Çünki illərlə bu yolu keçirlər. Əvvəlcədən, ilin başlanğıcında deyilir ki, pley-off oyunlarına görə təxirəsalınma ola bilər. “Neftçi” və digər klublarla həmişə bir-birimizi anlamışıq”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Nyukasl Yunayted” oyunu 1:6 hesabı ilə bitib.

Chosen
12
nocomment.az

1Sources