EN

Türkiyə və Azərbaycan İran sərhədləri boyunca bufer zona yaratmalıdır - KİV

İranda humanitar böhran dərinləşir, etirazlar zamanı minlərlə insan qətlə yetirilib, həbs olunub və işgəncələrə məruz qalıb. Bu vəziyyət region ölkələrinə, xüsusilə Azərbaycan və Türkiyəyə böyük qaçqın axını riski yaradır.

Missiya.Az xəbər verir ki, bu barədə “The Front Page” portalı yazı dərc edib.

Bildirilib ki, ABŞ və Qərb İran sərhədi boyunca humanitar bufer zona yaradaraq milyonlarla qaçqını təhlükəsiz şəkildə qəbul edə və idarə edə bilər. Bu zonanın Azərbaycan sərhədindən Həmədana, Tehranın qərbindən Türkiyə sərhədinə qədər uzanması təklif edilir.

Güney azərbaycanlı dissident jurnalist Əhməd Obalı qeyd edib ki, bu zona həm qaçqınlara humanitar yardım təmin edəcək, həm də ABŞ-yə Tehrana qarşı strategiyasını yönəltmək imkanı yaradacaq. Məqsəd, Azərbaycan və Türkiyəyə qaçqın yükünü azaltmaq və rejim dəyişikliyi üçün təhlükəsiz məkan təmin etməkdir.

Daşqın HəsənovMissiya.Az

Chosen
11
missiya.az

1Sources