EN

Mina qurbanları üçün iqtisadi imkanların artırılması layihəsi davam edir - FOTOLAR

Minalar Əleyhinə Azərbaycan Kampaniyası "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3" adlı layihənin icrasını uğurla davam etdirir.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov verib. Onun sözlərinə görə, layihə Koreya Respublikasının ITF Enhancing Human Security təşkilatı vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə həyata keçirilir.

"Layihənin məqsədi Azərbaycanın ən çox minadan zərər çəkmiş bölgələrində yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasına nail olmaqdır. Layihə bir qrup mina qurbanının yaratmaq istədikləri kiçik biznes sahələrinə lazım olan mal, material və avadanlıqlarla təmin edilməsini nəzərdə tutur. Ailə gəlirlərinin artması daha yaxşı səhiyyə, təhsil və qidalanma imkanları yaradır. Layihə üzrə ətraflı məlumatın verilməsi və benefisiarların müəyyən edilməsi üçün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində, mina problemləri ilə məşğul olan QHT -lərdə görüşlər keçirilmişdir. Bundan başqa çox saylı mina qurbanları ilə görüşlər keçirilmiş, onların həyat şəraiti və layihədə nəzərdə tutulan tələblərə uyğunluğu müəyyənləşdirilməkdədir".

Qeyd edək ki, layihə Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarından olan kiçik qrup mina qurbanlarını əhatə edir.

Chosen
11
qht.az

1Sources