2026-cı ilin yanvarında nəqliyyat sektorunda 18,3 milyon ton yük və 167,8 milyon sərnişin daşınıb, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə yük daşınması 0,4% azalıb, sərnişin daşınması isə 6,8% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Yüklərin daşınmasında əsas pay avtomobil nəqliyyatına (59,0%) məxsus olub. Boru kəmərlərinin payı 30,6%, dəmir yolunun 6,7%, dəniz nəqliyyatının 3,6%, hava nəqliyyatının isə 0,1% təşkil edib.
Sərnişin daşımalarının strukturunda isə avtomobil nəqliyyatı 88,8% ilə üstünlük təşkil edib. Metro nəqliyyatı 10,5%, digər nəqliyyat növləri isə cüzi paya malik olub.
Aytac