EN

Azərbaycan türklərinin iradəsinin əleyhinə olan hansısa marioneti xalqa qəbul etdirmək mümkünsüzdür

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Londonda yerləşən Pəhləvi tərəfdarı televiziya kanalları faşist məzmunlu “Bir vətən, bir bayraq, bir lider” şüarını – nasist Almaniyasının “Ein Volk, ein Reich, ein Führer” şüarını xatırladan ifadəni – canlı yayımda birbaşa efirə veriblər. Hazırda sosial şəbəkələrdə yayılan və biri Hitlerin hakimiyyəti dövründə nasistlərin rəsmi şüarını, digəri isə Pəhləvi tərəfdarlarının toplantısını əks etdirən iki videonun ard-arda paylaşılması monarxiyaçı axına qarşı yeni tənqid dalğası yaradıb. “Bir vətən, bir bayraq, bir lider” kimi ifadənin nasist Almaniyasının “Ein Volk, ein Reich, ein Führer” şüarı ilə səsləşməsi ictimai həssaslıq fonunda ciddi tənqidlərə səbəb olur. Xüsusilə Nazism ilə assosiasiya yaradan şüarların açıq şəkildə səsləndirilməsi siyasi məsuliyyət və mesajın niyyəti barədə müzakirələri dərinləşdirir. (Mənbə: GünAzTV)

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İrandakı ciddi sosial etiraz, eyni zamanda ABŞ-İran gərginliyi fonunda, xüsusilə İsrail Rza Pəhləvidən lider obrazı yaratmağa çalışır. Politoloqun fikrincə, ABŞ-dakı İsrailə bağlı olan dairələr Trampa da təzyiq edirlər ki, Pəhləvini dəstəkləsin və rejim dəyişikliyi baş verərsə, məhz bu marionet İranda hakimiyyəti ələ alsın: “Bu planın həyata keçirilməsi heç bir halda mümkün deyil. Tramp komandasının əsas üzvləri də bunu bilir və təsadüfi deyil ki, Tramp Rza Pəhləvinin bu potensialının olmadığını, yəni onu ciddiyə almadığını ifadə etdi”.

Əli Zülfüqaroğlu

Əli Zülfüqaroğlu əlavə edib ki, İrandakı proseslərdə həlledici faktor Azərbaycan türkləridir: “Ona görə də Azərbaycan türklərinin iradəsinin əleyhinə, özü də ciddi dəstəyi olmayan hansısa marioneti xalqa qəbul etdirmək mümkünsüzdür. Bu, proseslərin nəzarətdən çıxmasına, xaosa səbəb ola bilər. İstənilən halda, Təl-Əviv Pəhləvini sona qədər dəstəkləməkdə maraqlı görünür. Ona görə də hesab edirəm ki, Pəhləvi tərəfdarlarının son zamanlar daha da fəallaşması və radikal şüarlar səsləndirməsi təsadüfi deyil. Bununla iddialı olduqlarını nəzərə çatdırır, eyni zamanda ağalarına, prinsipiallıq nümayiş etdirəcəklərinin və İrandakı teokratik dövlət idarəetmə sisteminin dəyişilməsində rol oynaya biləcəklərinin mesajını verirlər. Yəni ruhani sistemin ləğv olunacağı və əsas səlahiyyət sahibinin prezident olacağınə diqqətə çatırırlar. Xalq teokratik rejimdən narazı olduğu üçün, hesab edirlər ki, bu şüarlar cəlbedici görünə bilər. Amma, İran xalqı, xüsusilə Azərbaycan türkləri Pəhləviyə nifrət edir və heç bir halda hansısa marionetin hökumətə yiyələnməsinə icazə verməyəcəklər. İrandakı son etiraz aksiyalarında Azərbaycan türkləri “Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi” şüarları səsləndirməklə real mənzərəni ortaya qoyub”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
bizimyol.info

1Sources