EN

Kobaxidze imzaladı: Gürcüstanda bu işlərdə çalışmaq azərbaycanlılara qadağan edildi

Xarici vətəndaşların 1 mart 2026-cı il tarixindən etibarən Gürcüstanda taksi sürücüsü, kuryer və tur bələdçisi kimi işləməsi qadağan ediləcək.

Publika.az xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bu məsələ ilə bağlı qərarı imzalayıb.

Hökumət başçısının sözlərinə görə, yeniliklər Gürcüstan vətəndaşlarının əmək maraqlarının qorunmasına yönəlib və müxtəlif sektorlarda əcnəbilərin işə götürülməsinin iqtisadi cəhətdən səmərəliliyinin təhlilinə əsaslanır. Baş nazir aydınlıq gətirib ki, hazırda Gürcüstanda 250 mindən çox miqrant var.

“Bu, məşğulluq sektorunda vətəndaşlarımızla həddindən artıq rəqabətdən qaçınmaq üçün vacibdir”, - Kobaxidze bildirib.

Fərmana əsasən, göstərilən tarixdən etibarən xarici vətəndaşlar, yerli işəgötürən, məsafədən iş, sahibkarlıq fəaliyyəti, fərdi müqavilələr və ya biznes tərəfdaşlığı vasitəsilə məşğulluq formasından asılı olmayaraq, Gürcüstanda iş icazəsi almalıdırlar.

Chosen
4
publika.az

1Sources