Aparıcı Tarix Əliyev (Tolik) bu dəfə müğənni Xatirə İslamla qalmaqal yaşayıb.
Bizim.Media xəbər verir ki, Tolikin efirdən Xatirəyə söz atdığı iddia olunub.
Belə ki, o, ifaçı Səidə Sultanın postuna “Ürəksən” yazan müğənnini “İkiüzlü” adlandırıb. Bundan sonra Səidəyə eyni sözləri yazan Xatirə yada düşüb.
Lakin Xatirə instaqramda “story” paylaşaraq Tolikin həmin sözləri ona demədiyini iddia edib:
“İkiüzlü insan kiməsə “ürək” qoyan deyil, kiməsə “ikiüzlü” sözünü deyib sonra danandır. Bu sözü mənə demək heç kimin başı üçün deyil. Əminəm ki, o məni deməz. Kim o sözü adımı çəkib üzümə deyə bilirsə, nömrəmi bilir, özümə desin. “Söylü bacı” demişkən adsız dəyirmanda xoruz olur. Tolikin də haqqına girirsiniz axı.
Heç o mənə deməyib. Gəlin, tapaq görək, kimi deyib? Mən sosial şəbəkədə kimə nə lazımdır, onu qoya bilən adamam. Bir gün “ürək” qoyaram, bir gün daha maraqlı bir şey... Bunu bilən bilir, yazmaq artıqdır. Tolikə də az “ürək” qoymamışam, kiminləsə söz-söhbəti olanda... Yəqin məni qısqanıb, Toti deyir ki, ancaq menə “ürək” qoy...”.

Sara, Bizim.Media