EN

“İmamzadə” ziyarətgahında abadlıq işləri görülür

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gəncə “İmamzadə” Ziyarətgah Kompleksində abadlıq və yenilənmə işləri davam edir.

Dini icmanın təşəbbüsü ilə kompleksdə sanitar qovşaq və dəstəmaz zalında sıradan çıxmış avadanlıqlar yenilənib, istilik sistemi tamamilə dəyişdirilib, işıqlandırma, su və kran xətləri müasir standartlara uyğunlaşdırılıb. Görülən işlər ziyarətçilər üçün daha rahat və gigiyenik şərait yaradılmasına xidmət edir.

Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi, “İmamzadə” ziyarətgah kompleksinin imamı Hacı Tahir Abbasovun Patriot News.az-a verdiyi məlumata görə, abadlıq işləri Gəncədən olan xeyriyyəçi iş adamının maliyyə dəstəyi ilə həyata keçirilir.

Növbəti mərhələdə ərazidəki tamet daşlarının yenilənməsi də planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
reyting.az

1Sources