EN

Məqsəd arıqlamaqdırsa, həmin oruc qəbul edilmir Din xadimi

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ramazan ayında tutulan oruc zamanı niyyətin düzgün olması cəmiyyətdə ən çox sual yaradan mövzulardandır.

Bununla bağlı Modern.az-a açıqlama verən ilahiyyatçı Rüfət Qarayev bildirib ki, bütün əməllər niyyətlərə bağlıdır:

O qeyd edib ki, Ramazan ayında niyyət yalnız Allahın rizasını qazanmaqdır:

“İstər-istəməz, əgər biz oruc tuturuqsa, gün ərzində yemək-içməkdən imtina ediriksə, arıqlayırıq. Bununla insan gizli niyyətinə - arıqlamaq istəyinə nail ola bilər. Xüsusən, insan kökdürsə, artıq çəki ilə bağlı hər hansı bir narahatlığı varsa, istər-istəməz bu onun  fikrində olacaq. Məsələ ondan ibarətdir ki, arıqlamaq istəyini məqsəd olaraq, əsas şərt kimi götürməməlidir. Bu fikri daim fonda saxlamalı, şüuraltı səviyyədə olmasını təmin etməlidir”.

İlahiyyatçının sözlərinə görə insan arıqlayırsa və bununla da sağlamlığına qovuşursa, eyni zamanda bunu ibadət prosesində xatırlayırsa burada bir qəbahat yoxdur:

“Qeyd etdiyimiz kimi, məqsədi arıqlamaqdırsa, bioloji mualicə almaqdırsa, bu, əlbəttə, oruc ibadəti sayılmır və qəbul deyildir”.

Rüfət Qarayev deyib ki, oruc 3 səviyyəyə bölünür:

“Mədə orucu yalnız birinci mərhələdir. Göz, qulaq, dil orucu da var. Yəni insanın nəyinki mədəsi, digər əzaları da oruc tutmalıdır. Üçüncü səviyyə oruc isə Allahdan qeyri hər şeyə qarşı oruc tutmaqdır ki, bu da peyğəmbərlərə, övliyalara, yüksək ilahi məqam sahiblərinə xas olan haldır. Sosial gerçəkliyimiz üçüncü mərhələyə, bəlkə də, mane ola bilər amma bu o demək deyil ki, ən yüksək məqama çatmaq üçün cəhd etməyək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
modern.az

1Sources