ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyəli aparıcı Burçak Bozkuş efir zamanı anının ona göndərdiyi mesajları izləyiciləri ilə paylaşıb.
Ölkə.Az xəbər verir ki, aparıcının anası ona duruşu, çıxışı və makyajı və s. ilə bağlı tənqidi sözlər yazıb.
Sözügedən videonun viral olmasından sonra azərbaycanlı aparıcı Leyla Cavad da anasının efir zamanı ona yazdığı mesajları sosial şəbəkədə izləyəciləri ilə bölüşüb.
Anasının L.Cavada yazıdğı mesajlarda “yubkadasan, gəzəndə ayağını düz qoy”, “saçını “tok” vurub”, “şalvar çox böyükdür”, “niyə qışqırırsan?”, “tələbələr, yoxsa tələblər”, “düz danış” kimi tənqidi fikirlər yer alıb.
Aparıcı videoya “hər gün həvəslə efirə çıxaram. O sırada anam” şərhini verib.
Video qısa zamanda 328 mindən çox baxış toplayıb.
Billurə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.