EN

Neftçalada balıqçılar su kanalının böyük bir hissəsini xüsusi qurğu ilə bağladılar VİDEO

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Neftçala rayonu ərazisində yerləşən, balıqçılar arasında "Şaqay" adı ilə tanınan Baş Mil-Muğan kollektorunda quraşdırılan nevod qurğusu (balıqçı toru - red.) kanalın geniş hissəsini bağlayıb.

Oxu.Az xəbər verir ki, vətəndaşlar bildiriblər ki, bu vəziyyət balıq tutmağın qadağan olduğu dövrdə də yaşanır.

Neftçalada balıqçılar su kanalının böyük bir hissəsini xüsusi qurğu ilə bağladılar - VİDEO

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, Neftçala rayonu ərazisində yerləşən və balıqçılar arasında "Şaqay" kimi tanınan Baş Mil-Muğan kollektorunda quraşdırılmış nevod qurğusuna vaxtilə müəyyən icazələr və kvotalar ayrılıb:

"Lakin texniki tələblərə əsasən qurğunun eni maksimum beş metr olmalı olduğu halda, təqdim olunan videodan görünür ki, qurğu normativləri aşaraq kanalın daha geniş hissəsini bağlayacaq şəkildə quraşdırılıb.

Hazırda əməkdaşlarımız ərazidə araşdırma aparırlar. Fakt üzrə qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlər görüləcək. Məlumatın davamı ilə bağlı ictimaiyyətə əlavə açıqlama veriləcək".

Qurumdan həmçinin qeyd olunub ki, qanunvericiliyə əsasən balıq və digər su bioresurslarının sənaye yolu ilə ovuna tətbiq olunan qadağa müddətləri aşağıdakı kimidir:

"Xəzər dənizində 1 may - 1 sentyabr, daxili sularda isə 1 aprel - 1 sentyabr. Bu müddətlər balıqların kürütökmə dövrünü əhatə etdiyindən, ölkənin bütün daxili su hövzələrində və sahilboyu ərazilərdə balıq ovuna ciddi məhdudiyyətlər tətbiq olunur. Yalnız qanunla icazə verilmiş, xüsusi kvotalarla həyata keçirilən və elmi əsaslandırılmış istisna hallara yol verilir".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
oxu.az

1Sources