EN

Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində avtomobili avtobus dayanacağında park edən sürücünün kimliyi məlum olub.

Avtosfer.az-ın məlumatına görə, 90-AA-346 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil “Neman” istehsalat-kommersiya firmasının sahibi Mirzəyev İmamverdiyə məxsusdur və qiyməti təxminən 500 min manat dəyərindədir.

Xatırladaq ki, hadisə ilə bağlı bir neçə gün əvvəl saytımızda da xəbər dərc olunmuşdu.

Qeyd edək ki, artıq sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə protokol tərtib olunub.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
avtosfer.az

2Sources