ain.az, Adelet.az portalına istinadən məlumat verir.
Bu da bir sabahdı, güldü ömrümə
Gətirdi səni də özüylə birgə...
Sən imza atmısan mənim könlümə -
Onu darıxmağa qoyma, tez dur, gə..!
Qığılcım parlasın baxışlarımdan
Ovqatım durulsun yaz havası tək.
Ömrünə etdiyim dualarımdan -
Bir çələng alınsın - saz havası tək!
Sözlə cilalayım mən bu axarı
Heç kimin haqqına xələl vurmadan..
Qaldırım ruhumu yerdən yuxarı -
Gözündən bir gilə uzaq durmadan!..
Açılan sabahla xoşhal olur bəxt
Demək bu günüm də, yarıyacaqdı!
Özünü ən xoşbəxt sayır Əbülfət -
Saçını gözlərim darıyacaqdı!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.