EN

ABŞ Suriyadakı son hərbi bazasından çıxır

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ ordusunun Suriyanın şimal-şərqindəki Haseke kənd ərazisində yerləşən son hərbi bazası olan Kasrakdan geri çəkilməyə başladığı bildirilir.

Reyting.az xəbət verir ki, yerli mənbələrə görə, ABŞ əsgərləri Haseke əyalətindəki Tel Tamer xətti yaxınlığındakı Kasrak bazasından təxliyəyə başlayıblar.

Bazadan hərbi texnika daşıyan onlarla logistika yük maşını karvanlarla İraq sərhədinə doğru hərəkət edib.

Xatırladaq ki, ABŞ son bir ayda Suriyanın Şəddadi və Tanaf bölgələrindəki hərbi bazalarından geri çəkilmişdi. ABŞ ordusu hazırda Rumeylan, Harab Jir və Life Stone-dakı yerləşdirmə məntəqələrində iştirak edir.

Haseke əyalətindəki Kasrak bazasının boşaldılması ilə ABŞ-nın Suriyadakı hərbi mövcudluğuna son qoymağa hazırlaşdığı bildirilir.

“The Wall Street Journal” qəzeti yazır ki, İŞİD terrorçularının İraqa köçürülməsinin başa çatması səbəbindən ABŞ ordusu iki ay ərzində Suriyadan qalan təxminən 1000 əsgərini tamamilə geri çəkməyə hazırlaşır.

Onu da qeyd edək ki, ABŞ 2015-ci ildən bəri İŞİD terror təşkilatına qarşı əməliyyatların bir hissəsi olaraq Suriyada hərbi mövcudluğunu qoruyub saxlayırdı.

ELÇİN 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
reyting.az

1Sources