EN

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası “Padel hər kəs üçündür” inklüziv idman tədbirində iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası “Padel hər kəsüçündür” inklüziv idman tədbirində iştirak edib

Bu barədə Trend-ə Azərbaycan Uşaq və Gənclər FutbolFederasiyasından məlumat verilib.

Bildirilir ki, “Padel hər kəs üçündür” adlı inklüziv idmantədbiri Padel Center Baku və “Birlik” İctimai Birliyinin birgətəşkilatçılığı ilə Bakıda keçirilib.

Tədbirdə “Birlik” İctimai Birliyinin sədri Cəlil Xudiyev iştirakedərək inklüziv təşəbbüslərin cəmiyyət üçün əhəmiyyətinivurğulayıb.

Tədbir autizm spektr pozuntusu olan uşaqlara, eləcə də uşaqevlərində böyüyən uşaqlara həsr olunub. Layihənin əsas məqsədi hərbir uşağın özünü komandanın bir hissəsi kimi hiss edə biləcəyi,aktivlik göstərə və idmandan sevinc ala biləcəyi açıq vədəstəkləyici mühit yaratmaq olub.

Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası da fəaliştirak edib. Federasiyanı Prezident Asif Əliyev və Baş katib AsimXudiyev təmsil ediblər. Tədbir çərçivəsində federasiyanümayəndələri təşkilatçıların təşəbbüsünü dəstəkləyib, uşaqlarlaünsiyyət qurub və iştirakçılara xatirə hədiyyələri təqdimediblər.

Tədbir zamanı çıxış edən Prezident Asif Əliyev uşaqlarısalamlayaraq belə tədbirlərin ölkədə idmanın inkişafına mühüm töhfəverdiyini bildirib. Asif Əliyev vurğulayıb ki, idman yalnızfutbolun deyil, ümumilikdə sağlam və güclü gənc nəslinformalaşmasında vacib rol oynayır. O qeyd edib ki, uşaqların idmanacəlb olunması onların fiziki və psixoloji inkişafına müsbət təsirgöstərir və gələcəkdə sağlam cəmiyyətin formalaşmasına xidmətedir.

Qeyd olunub ki, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasıüçün uşaqlar arasında idmanın inkişafı yalnız gələcək idmançılarınhazırlanması deyil, eyni zamanda mühüm sosial missiyadır.Federasiya ardıcıl şəkildə uşaqların aktiv idman mühitinə cəlbolunmasına və inklüzivliyin genişləndirilməsinə yönəlmiştəşəbbüsləri həyata keçirir.

Bu cür layihələr sosial inteqrasiyanın güclənməsinə töhfə verirvə bir daha sübut edir ki, idman hər bir uşaq üçün əlçatanolmalıdır.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
5
5
az.trend.az

6Sources