sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Kəpəz" klubu icarə əsasında komandada çıxış edən Ryonosuke Ohori ilə bağlı qərar verib. Sport24.az bu barədə Gəncə təmsilçisinə yaxın olan mənbədən məlumat əldə edib. "Sarı-göylər" yaponiyalı yarımmüdafiəçinin performansından razı qalıb. Qərblilər çempionatda qalacaqları təqdirdə 25 yaşlı oyunçunu yenə heyətdə görmək istəyir. Ohori klub rəhbərliyinin və baş məşqçi Azər Bağırovun etimadını doğruldub. Lakin asiyalı futbolçu müqavilə ilə "Neftçi"yə məxsusdur. Onun "ağ-qaralar"la 2027-ci ilin yayınadək sözləşməsi var. "Kəpəz" oyunçunu transfer etmək üçün ya Bakı klubunu razı salmalı, ya da onun klubu ilə müqaviləsini ləğv etməsini gözləməlidir.Qeyd edək ki, Ryonosuke Ohori cari mövsüm Misli Premyer Liqasında 2, Azərbaycan Kubokunda 1 qola imza atıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.