EN

“Neftçi”nin ukraynalı futbolçusu: Uğurlu nəticələrimiz komandada yaxşı ab hava yaradıb AÇIQLAMA

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 fevral, Cavid Əliyev, AZƏRTAC

"Neftçi"nin futbolçusu Andrey Ştoqrin komandasının son həftələrdəki çıxışı ilə bağlı danışıb.

Ukraynalı yarımmüdafiəçi AZƏRTAC-a açıqlamasında son matçlarda qazanılan uğurlu nəticələrin komandada yaxşı ab-hava yaratdığını bildirib: “Nəticələr hazırda müsbətdir və bu, yaxşı haldır. Komandamızın qarşısında yerinə yetirməyi planlaşdırdığımız konkret və aydın vəzifə var. Buna görə də hər oyunda işləməyə davam edir və maksimum səy göstəririk”.

O, mövsümün sonunda hər şeyin mümkün olacağına inandığını söyləyib: “Medalçılar sırasında olmağımız da mümkündür. Sadəcə, bunun üçün əlimizdən gələni etməliyik”.

Aktivində XX turdan sonra 30 xal olan “Neftçi” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
2
azertag.az

3Sources