Bakı. Trend:
Türkiyənin Ərzurum vilayətində avtomagistralda ağır yol hadisəsibaş verib. Əlverişsiz hava şəraitində 11 nəqliyyat vasitəsibir-birinə toqquşub.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sürüşkən yolda təxminən 11 nəqliyyat vasitəsi, ocümlədən iri yük avtomobili və avbobus bir-birinə çırpılıb. Hadisənəticəsində azı 20 nəfər yaralanıb. Zərərçəkənlər yaxınlıqdakıxəstəxanalara təxliyə olunublar.
İnsidentin duman və qarın yaratdığı məhdud görmə şəraiti iləəlaqədar baş verdiyi bildirilir.
Ərzurum–Ərzincan avtomobil yolunun hər iki istiqamətdə hərəkətəbağlandığı qəza zamanı xilasedici qruplar nəqliyyat vasitəsindəsıxışıb qalan avtobus sürücüsünü xilas etmək üçün səfərbər olunub.AFAD və yanğınsöndürmə briqadaları uzunmüddətli əməliyyatdan sonrasürücünü olduğu yerdən çıxararaq təcili yardım maşını iləxəstəxanaya göndəriblər.