EN

“Onları bərabər sevirəm - əsas odur ki, Azərbaycan bayrağını qaldırırlar” - Adil Hüseynzadənin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

Bakıda başa çatan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku azərbaycanlı idmançılar yenə öz sözlərini dedilər: üçqat dünya çempionu Mixail Malkin qızıl, ikiqat dünya çempionu Tofiq Əliyev isə gümüş medal qazandı. Hər iki titullu idmançı milli komandanın baş məşqçisi Adil Hüseynzadənin yetirməsidir.

İdman.Biz-ə danışan Adil Hüseynzadə final çıxışları barədə açıqlama verib.

“Onlar mənim üçün hər ikisi çox dəyərlidir və onları tamamilə eyni sevirəm. Əgər yerlərini dəyişsələr - Tofiq birinci, Mixail ikinci - mən eyni dərəcədə sevinərdim. Əsas odur ki, hər ikisi Azərbaycan bayrağını qaldırır və ölkəmizin şərəfi üçün dünya arenalarında mübarizə aparır”, - deyə o bildirib.

İdman.Biz
Chosen
12
idman.biz

1Sources