EN

Tramp İrana qarşı hərbi hücum variantlarını nəzərdən keçirir - NYT

ABŞ Prezidenti Donald Tramp diplomatik səylər uğursuz olarsa, İrana qarşı genişmiqyaslı hərbi hücum planlaşdırır.

Missiya.Az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Qəzetin məsələ ilə tanış mənbələrə istinadən verdiyi məlumata görə, Omanın vasitəçiliyi ilə iki ölkə arasında nüvə danışıqlarının üçüncü raundunun Cenevrədə keçirilməsi planlaşdırılsa da, Tramp administrasiyası danışıqların uğursuzluğa düçar olacağı təqdirdə hərbi variantları müzakirə mövzusu edir.

Mənbələr diplomatik səylər uğursuz olarsa, Trampın hərəkətə keçəcəyini bildirir. Bu əhatə dairəsində nəzərdən keçirilən hədəflərə İran İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahı, nüvə obyektləri və s. daxildir.

İlahə Qənbərli

Missiya.Az

Chosen
12
missiya.az

1Sources