EN

Bu ölkə Aİ-yə qoşulma prosesini sürətləndirir

İslandiya Avropa İttifaqına () daxil olmasını sürətləndirmək və mümkün qədər tez referendum keçirmək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən yazır.

"İslandiya Aİ üzvlüyü danışıqlarının bərpası ilə bağlı səsvermənin avqustun əvvəlində keçirilməsini düşünür. Reykyavikin hakim koalisiyası danışıqların bərpası ilə bağlı referendum keçirəcəyinə söz verib", - KİV yazıb. 

Yerli parlamentin səsvermə tarixini yaxın həftələrdə elan etməsi gözlənilir. İslandiyalılar "bəli" səs verərsə, digər namizəd ölkələrdən əvvəl Aİ-yə qoşula bilərlər.

Gülayə Mecid

Chosen
10
1
unikal.az

3Sources