EN

Naxçıvanda İrandan Türkiyəyə aparılan 5 kq dan çox narkotik aşkar edildi

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naxçıvan Baş Gömrük İdarəsitərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

İdarədən Gununsesi.info-ya verilən məlumata görə, narkotik vasitə “Sədərək” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub.

“X-ray” stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı aradırma aparılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
22
icma.az

10Sources