EN

“Sosial şəbəkələrdə təhqir yolverilməzdir” ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Hamımız diqqətli olmalıyıq ki, heç kim başqasını təhqir etməsin. Tənqid ilə təhqir arasında ciddi fərq var və bu mövzu barəsində şirkətlərdə, qurumlarda, dərslərdə ayrıca izah etmişik”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında sosioloq Mail Yaqub deyib.

“Tənqid görülən işə aiddir. O, işdəki nöqsanların göstərilməsi, çatışmazlıqların bildirilməsi və düzəliş təklifidir. Tənqid şəxsin kimliyinə deyil, onun gördüyü işə yönəlir. İş ayrı anlayışdır, şəxsiyyət ayrı anlayışdır. Bu iki məqam mütləq bir-birindən ayrılmalıdır.

Təhqir isə birbaşa söyüş, alçaltma və şəxsin ləyaqətinə toxunma deməkdir. Burada məqsəd nöqsanı göstərmək deyil, qarşı tərəfi aşağı salmaqdır. Şəxsiyyətə yönələn ifadələr artıq tənqid sayılmır.

Bu sərhəd qorunmadıqda tənqid təhqirə çevrilir. Təəssüf ki, bəzən ictimai paylaşım yerlərində bu hallara rast gəlinir. Bu, yolverilməzdir.

Kimliyindən asılı olmayaraq, heç kim başqasını təhqir edə bilməz. Bu cür davranış hüquqi məsuliyyət yaradır və cinayət tərkibi kimi qiymətləndirilə bilər. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Heç kim özünü üstün sayaraq və ya tanınmış olduğunu əsas gətirərək başqasını alçaltmaq haqqına malik deyil.

Bu, təkcə hüquqi deyil, həm də əxlaqi məsələdir. Heç kim başqasını özündən zəif hesab edib onu alçaltmağa cəhd göstərməməlidir. Bu, cəmiyyətimizin mədəni dəyərlərinə ziddir. Hüquqi məsuliyyət olmasa belə, əxlaqi baxımdan heç kim başqasını təhqir edə bilməz”.

Firuzə

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
icma.az

1Sources