EN

Səidə ilə Tolik arasında QALMAQAL

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Müğənni Səidə Sultanla aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə “TikTok”da canlı yayım zamanı baş verib.

Belə ki, Xalq artisti Brilliant Dadaşovanın da iştirak etdiyi canlı yayımda efirlərdəki problemlər müzakirə olunub. Bu zaman Səidə Sultanla Tolik arasında  dava düşüb. Onların bir-biriləri haqqında səsləndirdikləri xoşagəlməz ifadələr gərginliyi daha da artırıb.

Bundan sonra hər iki tanınmış şəxs instaqram hesablarında paylaşım edərək digər tərəf haqqında mənfi fikirlər səsləndirib. Tolik öz paylaşımında Səidəni narkotik istifadəçisi olmaqda ittiham edib. Müğənni isə buna cavab olaraq paylaşdığı videoda bildirib ki, o, səhhətindəki problemlərə görə bir neçə gün öncə klinikalardan birində müalicə alıb və qollarındakı izlər də bu səbəbdən yaranıb.

Qeyd edək ki, müğənni Səidə Sultan bir neçə gün öncə instaqram hesabında video paylaşaraq bir ildir efirə çıxmamasının səbəbini açıqlayıb. O, hazırkı efir məkanında etik normaların itdiyini vurğulayaraq, verilişlərdə yaşanan qalmaqalların təbliğini pisləyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
cebheinfo.az

2Sources