ABŞ Meksikada narkokartel liderinin zərərsizləşdirilməsində iştirakını təsdiqləyib
İnterpress.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
Birləşmiş Ştatlar Meksikada “Xalisko Yeni Nəsil” (CJNG) narkokartelinin rəhbərinin ləğv edilməsi əməliyyatında Amerika tərəfinin iştirak etdiyini rəsmən təsdiqləyib.
Karolin Levitt bildirib ki, ABŞ qüvvələri Meksikanın ən nüfuzlu və təhlükəli narkosindikatlarından birinə qarşı keçirilən xüsusi əməliyyata cəlb olunub.
Qeyd edək ki, bu əməliyyat regionda narkotik ticarətinə qarşı mübarizə və təhlükəsizliyin təmin olunması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Əməliyyat nəticəsində kartelin nüfuzuna ciddi zərbə vurulduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az