ain.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az “The Kathmandu Post” nəşrinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 35-dən çox sərnişin daşıyan avtobus Pokhara şəhərindən paytaxt Katmanduya gedirmiş. Onun Trişuli çayına düşməsinin səbəbi hələ də məlum deyil. “Ölənlərin sayı 18-ə çatıb. Yaralılardan 25 nəfər xəstəxanaya aparılıb”, - bölgənin yol polisi idarəsinin rəisi Dhadinq Şişir Thapa bildirib. Nepal ordusunun şəxsi heyəti, polis və yerli sakinlərin iştirakı ilə xilasetmə əməliyyatı başlayıb.
pic.twitter.com/BSXHa9lIKS
— Gulnara Zeynalova (@gulnarazeynal) February 23, 2026
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.