Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bir kiloqram yağ toxumasını yandırmaq üçün orqanizmdə təxminən 7700 kilokalori enerji çatışmazlığı yaradılmalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə “gazeta.ru”ya açıqlamasında şəbəkəsinin “idman təbabəti” istiqaməti üzrə baş mütəxəssisi Şalva Tsurtsumiya məlumat verib.
Həkimin sözlərinə görə, orta hesabla insan bir addım zamanı təxminən 0,04 kilokalori enerji sərf edir. Bu göstərici bədən çəkisi, boy, hərəkət tempi və relyefdən asılı olaraq dəyişir.
“Çəkisi 60 kiloqram olan şəxs 1000 addımda təxminən 30-35 kilokalori, 80 kiloqram olan isə 40-45 kilokalori yandırır. Orta göstəriciləri əsas götürsək, 70 kiloqram çəkisi olan insanın 7700 kilokalori enerji çatışmazlığı yaratması üçün təxminən 190-200 min addım atması lazımdır. Bu isə təxminən 140 kilometr məsafə deməkdir. Ay ərzində 1 kiloqram arıqlamaq üçün gündəlik adi aktivliyə əlavə olaraq 6000-7000 addım atmaq tələb olunur”, - deyə həkim bildirib.
Bununla belə, mütəxəssis vurğulayıb ki, gəzinti zamanı yalnız yağ deyil, həm də əzələlərdə toplanmış karbohidrat ehtiyatı qlikogen sərf olunur. Bundan başqa, kalori çatışmazlığı yarandıqda maddələr mübadiləsi ləngiyə bilər.
Həkim qeyd edib ki, yalnız gəzinti ilə, qidalanmanı tənzimləmədən arıqlamaq olduqca çətindir. Onun sözlərinə görə, təxminən 350 kilokalori dəyərində olan bir ekleri “yandırmaq” üçün 9-10 min addım atmaq lazımdır.
“Gündə 10 min addım hipodinamiyanın qarşısının alınması və sağlamlığın qorunması üçün əla göstəricidir. Lakin addımları konkret kiloqram yandırmaq aləti kimi qəbul etmək düzgün deyil. Arıqlamaq üçün əsas yol düzgün qidalanma və fiziki aktivliyin vəhdəti nəticəsində ağlabatan kalori çatışmazlığı yaratmaqdır. Gəzinti isə bu prosesi dəstəkləyən və nəticəni qorumağa kömək edən effektiv vasitədir”, – deyə Şalva Tsurtsumiya əlavə edib.
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.