EN

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.

ONN media təbrikin mətnini təqdim edir:
"Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm".

Chosen
2
31
onn.az

10Sources