EN

İqtisadçı Natiq Cəfərli: “Bağçılıqla bağlı daha yaxşı subsidiyalar verilməyə başlanılıb və artıq bəhrəsini verir”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə Azərbaycanın təzə xurma ixracı həm həcm, həm də dəyər baxımından artıb. Qiymətlər illik müqayisədə 4% bahalaşıb. MDB ölkələrinin 2025-ci ildə xurma ixracındakı nisbi payı 97.8%-dən 88.2%-yə enib.

Bizimyol.info xəbər verir ki, ölkənin ümumi ixrac 187.55 min ton təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 21.56% çoxdur. İxracın dəyəri 144.19 mln. dollar olub və illik artım 26.86% təşkil edib. 2024-cü ildə bu göstərici 113.66 mln. dollar idi.

Əsas bazarları:

Rusiya – 141.87 min ton, 106.52 mln. dollar, orta qiymət 751 dollar (+3.25%).Türkiyə – 21.4 min ton, 14.33 mln. dollar, orta qiymət 669 dollar.Ukrayna – 17.41 min ton, 16.82 mln. dollar, orta qiymət 966 dollar (+20.01%).Belarus – 3.65 min ton, 4.11 mln. dollar, orta qiymət 1 126 dollar.Qazaxıstan – 1.60 min ton, 0.856 mln. dollar, orta qiymət 533.73 dollar (-19.99%).Birləşmiş Ərəb Əmirlikləri – 713.44 ton, 0.794 mln. dollar, orta qiymət 1 112.69 dollar (+22.55%).

İxrac həm həcmi, həm də dəyəri ilə artıb, MDB payı azalsa da, Türkiyə, BƏƏ və Avropa bazarlarında sürətli artım müşahidə olunub.

Azərbaycanın xurma ixracında həm həcm, həm də dəyər artımının əsas iqtisadi səbəbləri nədir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gələn ildən alma və armud istehsalı ixracında oxşar artımlar gözlənilə bilər.

Natiq Cəfərli

“Əsas səbəb odur ki, bağçılıqla bağlı təşviq proqramlarında yeniliklər tətbiq olunub və daha yaxşı subsidiyalar verilməyə başlanılıb. Bu proses bir neçə ildir davam edir və artıq bəhrəsini verir. Bağçılıqla bağlı rəqəmlər daha yaxşıdır, münasibət isə bu sahəyə daha əlverişli olub. Subsidiyalar da artırılıb. Bu səbəbdən artıq meyvə ixracında, o cümlədən xurma ixracında artım müşahidə olunur. Hesab edirəm ki, gələn ildən alma və armud istehsalı ilə ixracında da oxşar artımlar gözləniləndir”-deyə Natiq Cəfərli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
bizimyol.info

1Sources