Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rauf Abuşov saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 5 kiloqram marixuana və çətənə kolları aşkarlanaraq götürülüb. R.Abuşov narkotik vasitəni sosial şəbəkələr vasitəsilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.