EN

Nepalda böyük qəza: xeyli ölən var | VİDEO

AzVision.az “The Kathmandu Post” nəşrinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 35-dən çox sərnişin daşıyan avtobus Pokhara şəhərindən paytaxt Katmanduya gedirmiş. Onun Trişuli çayına düşməsinin səbəbi hələ də məlum deyil.

“Ölənlərin sayı 18-ə çatıb. Yaralılardan 25 nəfər xəstəxanaya aparılıb”, - bölgənin yol polisi idarəsinin rəisi Dhadinq Şişir Thapa bildirib.

Nepal ordusunun şəxsi heyəti, polis və yerli sakinlərin iştirakı ilə xilasetmə əməliyyatı başlayıb.



Sahil İsgəndərov
AzVision.az
Chosen
20
2
azvision.az

3Sources