EN

Şou-biznesi bir-birinə vuran qalmaqala onlar da qoşuldu

Bir neçə gündür sənət adamlarının verilişlərə çıxarılan qonaqlara etirazı gündəmi zəbt edib. Müğənni Səidə Sultanın verilişlərə bayağı mahnı ifaçılarının çıxarılması, şəxsi həyatla bağlı qeyri-etik söhbətlərin edilməsini qınamasına bir neçə sənət adamı qoşulub.

Publika.az Axşam.az-a istinadən xəbər verir ki, ötən gün TikTok-da canlı yayımda Xalq artisti Brilliant Dadaşova, Əməkdar artist Abbas Bağırov və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, aparıcı Tarix Əliyev (Tolik) məsələni müzakirə edib.

"Bütün Azərbaycan Üzeyir Hacıbəyovu tanımalıdır, borcudur. Kiminsə arxasında kimsə dayanırsa, mənim üçün toxunulmaz ola bilməz. Bizim şairlərimiz, bəstəkarlarımızı tanımalıdırlar. Tanımırlarsa, cəmiyyət qarşısına çıxmasınlar. Tolik, sən mənə bayağı sual verməmisənsə, o demək deyil ki, başqalarına da vermirsən. Kanalın rəhbəri sənə deməz ki, Fikrət Əmirovu niyə qonaqdan soruşursan? Sənin efirinə müğənni gəlir. Pul verib efirə çıxan müğənni heç olmasa nəsə bilməlidir. Türkiyədə verilişə çıxanda bir həftə mənə nələr dedilər: nə oxuyacaqsınız, nə danışacaqsınız. Türklərdən bütün pis şeyləri öyrəndik, amma yaxşını yox" deyə, B.Dadaşova bildirib.

"İşim qurtarıb oturub onlara dərs keçəcəyəm. Pul verib efirə gələn deyir, mənə toydan sual ver" deyə, Tolik cavab verib.

"Musiqi savadın olsa da, efirdə savadsız şeylər danışırsan. Lazımsız söhbətlər nə mənə, nə ailəmə, nə də qohumlarıma lazımdır. Günel (müğənni günel Ələkbərovaya deyir - red.), sən də efirdə ailədən danışmısan. Mənə sual veriblər niyə boşanmısan, ona cavab vermişəm. Övladdan danışmaqla, ombadan danışmaq eyni deyil. Mənim eyibim yoxdur, musiqidən danışıram" deyə, Hüseyn bildirib.

Chosen
7
2
publika.az

3Sources