EN

"Bu gün 30-dan çox ölkəyə bu xidməti ixrac edirik" - "ASAN xidmət"in rəhbəri

"Bu tədbirin keçirilməsi ənənəvi xarakter alıb. Hər ilin əvvəlində ötən ilin hesabatını dinləyirik, uğurlu nəticələri paylaşırıq. "Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə verilmiş tapşırığa əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi həyata keçirilir. Bu prosesin icrası 2025-ci ildə də davam etdirilib".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair keçirilən tədbirdə deyib.

Ülvi Mehdiyev dövlət xidmətlərinin vacib bir sahə olduğunu qeyd edib və bildirib ki, bir cəmiyyət dövlət qurursa, xidmətləri dövlətdən almaq istəyir:

"Bir dövlət vətəndaşlara xidməti həyata keçirə bilərsə, deməli, vətəndaşlar prosesi realizə edə bilərlər. Bu məqsədlə də 2014-cü ildə Prezident İlham Əliyev "ASAN xidmət"i yaratdı. Qısa müddətdə bu unikal konsepsiya Azərbaycanın brendinə çevrildi. Bu gün 30-dan çox ölkəyə bu xidməti ixrac edirik. Dövlət xidmətlərinin daim inkişaf etdirilməsi Prezidentin daim diqqətindədir. "ASAN xidmət" modelində müasir texnologiyaların və innovasiyaların tətbiqi vətəndaş və dövlət üçün əhəmiyyətlidir. İndi qlobal trend formalaşıb. Bu da rəqəmsal transformasiyadır. "ASAN xidmət indeksi"də bu rəqəmsallaşmanın tərkib hissəsidir".

Chosen
13
1
redaktor.az

3Sources