EN

Kallas: Biz Qəzza sülh prosesinin bir hissəsi olmaq istəyirik

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Qəzzada sülh prosesinin bir hissəsi olmaq istədiklərini, lakin Fələstin polis məmurlarının təlimi ilə bağlı İsrailin təsdiqinə ehtiyac duyduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Kallas bu açıqlamanı Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirlərinin görüşündən əvvəl mətbuata verib.

Kallas Aİ xarici işlər nazirlərinin Rusiyaya qarşı 20-ci sanksiya paketini də müzakirə edəcəklərini, lakin bu məsələdə razılığa gəlinmədiyini bildirərək, "Lazımi təzyiqi göstərməyə davam edəcəyik" dedi.

Kaja Kallas, Aİ-nin Rusiya-Ukrayna danışıqlarında iştirak etməməsinə toxunaraq, "Rusiya ilə kimin danışmasından daha vacib olan, Rusiyanın hansı güzəştlərə getməyə hazır olduğunu görməkdir" fikrini bölüşdü.

Aytən Yaşar/ Turkustan.az

Chosen
11
1
turkustan.az

2Sources