EN

Xaçmazda sabahın asayiş keşikçiləri ilə görüş keçirilib

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsində Polis Akademiyasına qəbul olmaqistəyən abituriyentlər və onların valideynləri ilə maarifləndiricigörüş keçirilib.

Trend xəbərverir ki, tədbirdə şöbənin rəisi, polis polkovniki Samir Məcidoviştirak edərək çıxışında polis peşəsinin cəmiyyət üçünəhəmiyyətindən danışıb, bu şərəfli yolu seçmək istəyən gənclərətövsiyələrini verib.

Görüşdə həmçinin son illərdə Polis Akademiyasını bitirərəkhazırda Xaçmaz RPŞ-də xidmət edən əməkdaşlar da iştirak ediblər.Onlar qəbul prosesindəki təcrübələrini bölüşüb, abituriyentlərimaraqlandıran sualları cavablandırıblar və real xidmət nümunələriilə gəncləri motivasiya ediblər.

Səmimi və interaktiv mühitdə keçən görüş gənclərin polispeşəsinə marağının daha da artmasına, valideynlərin isəövladlarının seçimləri ilə bağlı daha dolğun məlumat əldə etməsinəşərait yaradıb.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources