"Neftçi" bu gün 80 illik yubileyi olan Anatoli Banişevskinin adının əbədiləşdirilməsi yönündə daha bir addım atıb.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın 15 ilə yaxındır ev oyunlarını keçirdiyi "Palms Sports Arena"nın ən böyük tribunası əfsanəvi futbolçunun adını daşıyacaq.
Məlumatı Bakı klubunun mətbuat xidməti yayıb. Əfsanəvi "9 nömrə"nin adı "Cənub" tribunasına verilib.