EN

Nyu-Yokda qar fırtınası: Həyat iflic oldu

ABŞ-nin şimal-şərqində güclü qar fırtınası həyat ritmini pozub. Bir sıra məktəblər bağlanıb, nəqliyyat məhdudlaşdırılıb və minlərlə uçuş ləğv edilib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Federal Poçt Xidməti xəbərdarlıq edib ki, şərq sahilində poçt və bağlamaların çatdırılmasında gecikmələr ola bilər.

Nyu-Yorkda bütün dövlət məktəbləri bağlanıb, dərslər və məktəbdənkənar proqramlar dayandırılıb.

Nyu-York şəhərinin meri Zöhran Mamdani fövqəladə vəziyyət elan edib və sakinləri evdə qalmağa çağırıb.

Şəhərin qubernator Keti Hoxul Milli Qvardiyanı səfərbər edib, Manhettendə Birləşmiş Millətlər Təşkilatının qərargahı da bağlanıb.

“FlightAware” portalının məlumatına görə, 5 mindən çox uçuş ləğv olunub.

Rəsmilər vətəndaşları yalnız zəruri hallarda yollara çıxmağa çağırır.

Chosen
20
47
cebheinfo.az

10Sources