EN

Orucluqda ağız qoxusunun qarşısını almaq üçün sadə üsullar

Ramazan ayında uzun müddətli oruc və susuzlaşma ağızda pis qoxuya səbəb ola bilər. 

Ölkə.Az xəbər verir ki, mədə və bağırsaq problemləri olanlarda daha çox rast gəlinən bu vəziyyət təbii üsullarla aradan qaldırıla bilər.

Mütəxəssislər ağızdan pis qoxu gəlməsinin səbəbələrini aşağıdakı kimi sadalayır:
- Qida hissəciklərindən daş yığılması
- Diş əti infeksiyaları
- Düzgün hazırlanmamış protezlər
- Yanlış və qeyri-kafi fırçalama
- Diş aralarını təmizləmək üçün təsirli olan diş ipindən istifadə etməmək
- Ağızdakı bakteriyaların sayını artıran qidaların qəbulu.

Ağız qoxusundan xilas olmaq üçün qoxulu və yüksək turşulu ağız yaxalayıcılarından, diş ipindən müntəzəm istifadə etmək, mütəmadi olaraq ağız və diş baxımı aparılması, diş fırçalarının vaxtlı-vaxtında dəyişdirilməsi, dişlər gündə iki dəfə, xüsusən də iftar və imsak vaxtlarında fırçalanması məsləhət görülür.
həmçinin sink tərkibli saqqız çeynəmək dildə və dişlər arasında pis bakteriyaları azaldır. İftardan sonra çeynəyə bilərsiniz.

Xüsusilə gecələr qatıq yemək ertəsi gün səhər pis qoxunun qarşısını alır. Mədə, qida borusu və ağızdakı tullantıları təmizləməkdə təsirlidir. Mütəmadi olaraq istehlak edildikdə pis qoxu problemi tamamilə aradan qalxır.

İmsak və iftardan sonra çiy darçın qəbul edildikdə ağız infeksiyalarını və bakteriyaları azaltmaqda təsirlidir.

Qida tullantıları kükürd birləşmələrinin əmələ gəlməsinə səbəb olur. Bu tullantılar pis qoxuya səbəb olur. Antioksidantlarla zəngin olan qəhvə bu maddənin ağızda həll olunmasına kömək edir. İftardan sonra bir fincan içmək tövsiyə olunur.

Cəfəri və nanə çiy şəkildə ağzın içini təmizləmək üçün ən təsirli təbii qidalar arasındadır. İftar və imsak arasında yemək tövsiyə olunur.

Limon da tərkibindəki həlledicilər sayəsində ağızdakı yoluxucu bakteriyaları azaldır, ağız və diş sağlamlığına müsbət təsir göstərir və qida hissəciklərinin buraxdığı qoxunu da aradan qaldırır.

Alma lif tərkibi sayəsində tüpürcək vəzilərinin daha sağlam fəaliyyətini dəstəkləyir. Həmçinin qida borusu ilə mədəyə yoluxucu bakteriyaların sayını azaltmaqla təmiz nəfəs almağa kömək edir. İftardan sonra qəlyanaltı olaraq alma yeməklə tüpürcək vəzilərində yığılan yoluxucu hüceyrələri təmizləyirsiniz.

Yeməkdən sonra bir parça pendir ağızdakı turşu səviyyəsini azaldır və beləliklə diş çürüməsinin qarşısını alır. Eyni zamanda, pendir tüpürcəkdəki turşu səviyyəsini tarazlaşdırır və yarana biləcək bakteriyaların sayını azaldır.

Mixəyin tərkibində həm ağız qoxusunu aradan qaldıran, həm də ağız sağlamlığına müsbət təsir göstərən mentol var.

Billurə
 

Chosen
12
1
olke.az

2Sources