MADO restoranlar şəbəkəsi qonaqlarına daha zəngin və müxtəlif dad təcrübəsi təqdim etmək məqsədilə menyusuna fərqli çeşiddə dönər yeməkləri əlavə edib.
"Unikal" xəbər verir ki, yeni dönər seçimləri yüksək keyfiyyətli ət, təzə inqrediyentlər və MADO-nun xüsusi təqdimatında hazırlanır. Menyuda klassik dadlarla yanaşı, fərqli yeməklər də yer alır. Bu yenilik həm sürətli nahar axtaran qonaqlar, həm də doyumlu və ləzzətli seçim istəyənlər üçün ideal alternativdir.
MADO hər zaman olduğu kimi, keyfiyyət və dad balansını qoruyaraq qonaqlarına unudulmaz kulinariya təcrübəsi təqdim etməyə davam edir.
Yeni dönər çeşidlərini artıq bütün MADO filiallarında dadmaq mümkündür.
Ləzzətlə görüşün.