Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirəsinə həsr olunmuş 55-ci beynəlxalq turnir yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, fevralın 20-dən 22-dək davam edən yarışda sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü Abubakr Abakarov qızıl medal qazanıb.
92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə dağıstanlı rəqibi Qamzat Qasanovu 12:5 hesabı ilə məğlub edərək çempion olub.