EN

Cüneyt Özdemir Meksikada çətin vəziyyətdə qalıb


Türkiyəli jurnalist Cüneyt Özdemir Meksikada çətin vəziyyətdə qaldığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Özdemir ailəsi ilə Meksikaya tətilə gəldiyini, lakin kartel ilə ordu arasındakı münaqişənin ortasında qaldığını qeyd edib.
O, oteldən çıxa bilmədiklərini bildirib.
“Üç günlük tətil üçün Meksikaya gəldik və kartellə ordu arasındakı münaqişənin ortasında qaldıq. Otelin qarşısında barrikadalar qurulub, maşınlar yandırılıb və hava limanı yolu bağlanıb...”, - o qeyd edib.
Özdemir həmçinin Meksikadakı Türkiyə səfirliyi ilə əlaqə saxladıqlarını bildirib.
Chosen
11
yeniavaz.com

1Sources