EN

Trampdan İrana SƏRT MESAJ: Rejim dəyişikliyi çağırışını PAYLAŞDI – VİDEO

Tramp İranda rejim dəyişikliyi çağırışına dəstək verib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp tanınmış amerikalı aparıcı və hüquqşünas Mark Levinin İranda hakimiyyət dəyişikliyi çağırışını əks etdirən videosunu öz sosial şəbəkə hesabında paylaşıb (repost edib).

Mark Levin sözügedən videoda İrandakı mövcud rejimin dəyişdirilməsinin vacibliyini kəskin şəkildə vurğulayır.

Donald Trampın bu videonu öz səhifəsində bölüşməsi Vaşinqtonun Tehrana qarşı gələcək siyasətinin istiqaməti ilə bağlı mühüm mesaj kimi qəbul edilib.

Bu addım ABŞ və İran arasında hərbi və siyasi gərginliyin pik həddə çatdığı, habelə Vaşinqtonun İrana qarşı zərbələr endirmə variantını nəzərdən keçirdiyi bir vaxtda baş verib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
2
interpress.az

1Sources