EN

ABŞ Meksika hökumətinə “kəşfiyyat dəstəyi” göstərib

ABŞ hakimiyyəti Meksikada keçirilən xüsusi əməliyyat zamanı “El Menço” ləqəbi ilə tanınan narkobaronun zərərsizləşdirilməsinə göstərdiyi dəstəyi təsdiqləyib. Söhbət kartelin (CJNG) rəhbəri Nemesio Oseguera Cervantes-dən gedir.

“İki sahil” xəbər verir ki,  məlumatı Ağ Evin mətbuat katibi Karoline Levitt yayıb.

Onun sözlərinə görə, ABŞ Meksika hökumətinə “kəşfiyyat dəstəyi” göstərib. Əməliyyat zamanı kartelin daha üç üzvü öldürülüb, üç nəfər yaralanıb, iki nəfər isə saxlanılıb.

Levitt sosial şəbəkə X hesabında yazıb ki, El Menço Meksika və ABŞ hökumətləri üçün əsas hədəflərdən biri idi və ABŞ ərazisinə fentanil qaçaqmalçılığı ilə məşğul olan əsas fiqurlardan sayılırdı. O, həmçinin bildirib ki, Donald Tramp narkotik qaçaqmalçılarına qarşı sərt mövqe nümayiş etdirib və ABŞ-a ölümcül narkotik maddələr gətirənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

“El Menço” fevralın 22-də Meksikanın Tapalpa şəhərində keçirilən əməliyyat zamanı öldürülüb. Əməliyyata Meksika Hərbi Hava Qüvvələrinin təyyarələri və Milli Qvardiyanın Xüsusi Təcili Reaksiya Qüvvələri cəlb olunub.

Onun ölümündən sonra kartel üzvləri Meksikanın səkkiz ştatında iğtişaşlar və dağıntılar törədiblər.

Chosen
12
ikisahil.az

1Sources