İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu 26 fevral axşamı Cenevrədə keçiriləcək. Bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi məlumat verib.
Xəbəri “Anadolu” yayıb.
Siyasətçi X sosial media hesabında yazıb: “ABŞ-İran danışıqlarının bu cümə axşamı Cenevrədə keçirilməsinin planlaşdırıldığını və razılaşmanın yekunlaşdırılması istiqamətində növbəti addımı atmaq üçün müsbət perspektivlərin olduğunu təsdiqləməkdən məmnunam”.
Danışıqların ilk mərhələsi fevralın 6-da Omanda baş tutub.
Fevralın 17-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı İran və ABŞ arasında aparılan danışıqların ikinci mərhələsi baş tutub.
P.ƏMİRCANOV
XQ