EN

Yanvar ayında aylıq sosial müavinət və təqaüd alanların sayı məlum oldu

Bakı. Trend:

2026-cı ilin yanvar ayında aylıq sosial müavinət və təqaüdalanların sayı 882 167 nəfər olub.

Trend xəbərverir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, onların 475 334 nəfərini aylıq sosial müavinət,406 833 nəfərini isə təqaüd alanlar təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayında aylıq sosial müavinətvə təqaüd alanların sayı 877,7 min nəfərdən çox olub.

Onların 471,1 min nəfərdən çoxunu aylıq sosial müavinət, 406,6min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Chosen
16
5
az.trend.az

7Sources