EN

Ermənistanda hərbçini qətlə yetirməkdə şübhəli bilinən iki nəfər HƏBS EDİLDİ

Sevan şəhərində müqaviləli hərbçinin qətlə yetirilməsi ilə bağlı iki nəfər həbs edilib

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistanın Sevan şəhərində müqaviləli hərbi qulluqçunun ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Ermənistan Baş Prokurorluğundan verilən məlumata görə, hadisə ilə əlaqədar iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, 20 yaşlı hərbi qulluqçu Aram Xaçatryan fevralın 21-də baş vermiş mübahisə zamanı bıçaqlanaraq öldürülüb. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq orqanları tərəfindən hadisənin başvermə səbəbləri və digər təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
1
interpress.az

1Sources