EN

Oman ABŞ-İran nüvə sazişi görüşünün tarixini təsdiqlədi

Oman xarici işlər naziri Bədr əl-Busaidi ABŞ-İran nüvə sazişi danışıqlarının yeni mərhələsinin 26 fevralda Cenevrədə keçiriləcəyini açıqlayıb.

Bədr əl-Busaidi X sosial mediada yazıb: "ABŞ-İran danışıqlarının bu cümə axşamı günü Cenevrədə keçirilməsi planlaşdırıldığını təsdiqləməkdən məmnunam və biz sazişi yekunlaşdırmaq üçün əlavə səylər göstərməyə qərarlıyıq".

Bu gün İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ nümayəndələri ilə mümkün görüş barədə danışıb. “Axios”, ABŞ rəsmisinə istinadən bildirib ki, İran hökuməti 48 saat ərzində ABŞ-a ətraflı nüvə sazişi təklifi təqdim edərsə, danışıqların üçüncü mərhələsi keçiriləcək.

Danışıqların əvvəlki mərhələsi 17 fevralda Omanın vasitəçiliyi ilə baş tutub. Ağ Ev bəzi məsələlərdə fikir ayrılıqlarının hələ də davam etdiyini bildirib. ABŞ prezidenti Donald Tramp İrana sazişi bağlamaq üçün 10-15 gün vaxt verib. "Sülh Şurası"nın ilk iclasında Amerika prezidenti Tehran müəyyən edilmiş müddətdə saziş bağlamasa, İslam Respublikası hakimiyyətini "pis şeylərlə" hədələyib.

Almaz Həsənli

Chosen
13
1
oxumeni.az

2Sources