EN

Ölkə iqtisadiyyatında xarici sərmayə ən çox hara yatırılıb?–RƏQƏMLƏR

 Azərbaycan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78.5% təşkil edir.

Azpost.info bildirir ki, bu barədə Mərkəzi Bankın 2025-ci il üçün olan hesabatında qeyd olunub.

2025-ci ilin 9 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəlikləri 1 milyard dollar azalıb.

Bu azalma neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (3 716.6 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (4 732.8 mln.$) arasındakı fərqdən formalaşıb.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 9 faiz artaraq 1 019.4 mln. dollar olub. Bunun da bir hissəsi (304.9 mln.$) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlıdır.

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.7 mlrd.$, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2.0 mlrd.$ olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 1.2 mlrd.$ kəsir yaranıb.

AzPost.az

Chosen
19
1
azpost.info

2Sources