Bakı şəhəri, Nizami rayonunda yanğın hadisəsi baş verib.
Yanğın Elşən Süleymanov küçəsi, 137a ünvanında fəaliyyət göstərən gül satışı mağzasında qeydə alınıb.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb./oxu.az