EN

Dövlət Komitəsinin fəaliyyəti TƏNQİD OLUNDU: Şəxsi mənafe, dostbazlıq, yarıtmaz iş… – FOTO

“Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və xarici ölkələrdəki qurumlarının fəaliyyətini qeyri-qənaətbəxş hesab edirəm. Son olaylar bir daha onu göstərdi ki, bu Komitənin işi yarıtmazdır. Bu Komitədə ciddi, köklü islahatlara ehtiyac var”.

Xpress.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvü, sabiq deputat Musa Musayev bildirib.

O qeyd edib ki, son illər bir sıra dövlətlərdə olan diaspor rəhbərləri cinayətdə, kriminalda, korrupsiyada ittiham edilir və onlar barəsində cinayət işləri açılıb, hətta həbs olunanlar da var.

YAP təmsilçisinin sözlərinə görə, iş adamlarını və biznesmenləri xarici dövlətlərdə diaspor rəhbərliyinə təyin edirlər və bu hal qəbuledilməzdir: “Məndə olan məlumata görə, iş adamlarını və biznesmenləri xarici dövlətlərdə diaspor rəhbərliyinə təyin edirlər və bu hal qəbuledilməzdir. Diaspor rəhbəri təyinatlı deyil, seçki yolu ilə seçilməlidir. Əsasən də xarici dil bilən, uzun müddət həmən dövlətdə yaşayan, hörmət və nüfuz sahibi olan şəxslərin namizədliyi irəli sürülməli, onlar demokratik seçki yolu ilə də seçilməlidirlər. Diasporla İş üzrə Dövlət Komitəsi özfəaliyyətlə məşğul olmamalı, işlərində ciddi dəyişiklik etməlidir”.

M.Musayev vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, Diasporla İş üzrə Dövlət Komitəsində də islahatlar aparılmalıdır: “Bu Komitədə və yerlərdə ciddi islahatlar aparılmalıdır! Diasporla İş üzrə Dövlət Komitəsinin yerlərdəki qurumları xarici ölkələrdəki səfirliyimiz və konsulluqlarımızla birgə fəaliyyət göstərməlidirlər. Təəssüf ki, bu, belə deyil. Şəxsi mənafe, dostbazlıq kənara qoyulmalı, dövlətin və millətin mənafeyini önə çəkilməli, bu istiqamətdə iş görülmləlidir”.

YAP təmsilçisi sonda qeyd edib ki, Almaniya və ABŞ-də bəzi “azərbaycanlıların”, daha doğrusu “bomjlar”ın tərbiyəsizliyi hamını qəzəbləndirib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət komitəsinin sədri Fuad Muradovdur. O, 23 aprel 2018-ci ildən bu vəzifəni daşıyır.

Chosen
20
editor.az

1Sources